“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppun Erik ten Haqı “Leypsiq”də Marko Rouzun yerinə namizəd kimi nəzərdən keçirmədiyi bildirilir.
Futbolpress.az xəbər verir ki, 2024-cü ilin oktyabrında “Mançester Yunayted”lə yollarını ayıran niderlandlının adı Bundesliqa klubunda baş məşqçi vəzifəsi ilə əlaqələndirilirdi. Ancaq hazırda “Red Bull” üçün qlobal futbola nəzarət edən Kloppun Ten Haqın təyin edilməsi ideyasını rədd etdiyini açıqlanıb.
Hazırda Bundesliqada altıncı yerdə olan “Leypsiq”in 2024/25 mövsümünün sonunda Marko Rouzla yollarını ayıracağı gözlənilir.