AZ

“Səs Azərbaycan”ın iştirakçıları münsiflərdən yaxşı oxuyurlar” - Video

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan ifaçı "Səs Azərbaycan" müsabiqəsindəki iştirakçıların yarışmadakı münsiflərdən yaxşı oxuduqlarını deyib:

"Səs Azərbaycan" yarışması çox xoşuma gəlir. Sonuncu müsabiqədə istedadlı uşaqlar çoxdur. Maşallah, iştirakçılar münsiflər heyətindən yaxşı oxuyurlar. Uşaqlar biri-birindən yaxşı ifa edirlər. Mənə elə gəlir ki, onlar münsiflər heyətinin yerinə keçsinlər".

Qeyd edək ki, müsabiqənin münsifləri Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovdur.

Seçilən
19
5
olke.az

6Mənbələr