AZ

Trampın addımı həyəcan siqnalıdır: Türkiyə hazırdır!

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə Avropa qitədə yeni güc mərkəzi yaratmaqla cavab verməlidir.

News24.az axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Faynənşl Tayms”a müsahibəsində deyib.

“Trampın hərəkətləri hamımız üçün həyəcan siqnalıdır və bu o deməkdir ki, biz birləşməli, öz güc mərkəzimizi yaratmalıyıq”, - o bildirib.

Fidan qeyd edib ki, NATO-nun dağılacağı təqdirdə Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq.


Seçilən
11
3
news24.az

4Mənbələr