AZ

Fidan: "Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan xorvatiyalı həmkarı Qordan Qlik Radman ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Avropanın təhlükəsizliyi təkcə Ukrayna ilə bağlı məsələ deyil.
Nazir, həmçinin qeyd edib ki, ölkəsi Rusiya-Ukrayna müharibəsi ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır.
"Biz həmişə bildirmişik ki, dialoqa və demokratiyaya əsaslanan təşəbbüslərə açığıq", - Türkiyə XİN vurğulayıb.
Fidan, eyni zamanda Türkiyənin bundan sonra da Suriyanı dəstəkləyəcəyini diqqətə çatdırıb.
Seçilən
29
oxu.az

1Mənbələr