AZ

Deputat evi yanmış Şabran sakininə dəstək oldu



Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Sincanboyad kəndində yanğın nəticəsində tamamilə yararsız hala düşmüş Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi yaşayış evinə baş çəkdik. Onun yaşayış şəraiti və üzləşdiyi çətinliklərlə yaxından maraqlandıq. Təəssüf ki, baş vermiş yanğın ailənin mənzilini tamamilə yararsız hala salıb. Evini yenidən inşa etməsi üçün ona lazımi dəstəyi göstərərək, ailəsinin normal yaşayış şəraitinə qovuşmasına töhfə verməyə çalışdıq. Ümid edirik ki, bu yardım ailənin tez bir zamanda normal həyat şəraitinə qayıtmasına töhfə verəcək!
Seçilən
15
newscenter.az

1Mənbələr