AZ

Bir il əvvəl yaratdı – 70 min borcu var

Ötən ilin mart ayında yaradılan "Güvən Ticarət" Məhdud Məsuliyyətli Cəmiyyəti külli miqdarda vergi borcu var.

Valyuta.az-ın məlumatına görə, Rüstəmov Mahmud Azər oğluna məxsus şirkətin Naxçıvan Şəhər Vergilər İdarəsinə 69171.81 manat vergi borcu yaranıb. 

Qeyd edək ki, ötən ilin mart ayında yaradılan şirkətin nizamnamə kapitalı 10 manatdır. “Güvən Karqo”nun da sözügedən şirkətin tərkibində fəaliyyət göstərdiyi deyilir. 

Xatırladaq ki, bir neçə ay əvvəl "Güvən Ticarət" MMC İnzibati Xətalar Məcəlləsinin 275.4-cü (Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Şirkət dörd min manatadək məbləğdə cərimə edilib.

Sabiq İsbəndərli

Seçilən
67
valyuta.az

1Mənbələr