AZ

İngiltərə klublarının hədəfinə düşdü

“Bavariya”nın vingeri Kinqsli Koman İngiltərə Premyer Liqası klublarının hədəfinə çevrilib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi maaş xərclərini azaltmaq üçün gələn yay fransızla ayrılmağa hazırdır. “Liverpul” 28 yaşlı oyunçunu transfer etmək istəyir. “Nyukasl” da bu yarışa qoşulub. Əvvəllər “Arsenal” Komanı yaxından izləyirdi. Potensial transferin təxminən 45 milyon avroya başa gələcəyi bildirilir.

“Transfermarkt” portalı Komanın dəyərini 35 milyon avro qiymətləndirir. Futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Seçilən
47
futbolpress.az

1Mənbələr