AZ

Aİ-nin sammitində Avropanın hərbiləşdirilməsi üzrə plan razılaşdırılıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) liderləri Brüsseldə keçirilən sammitdəAvropa Komissiyasının təklif etdiyi Avropanın hərbiləşdirilməsiüçün 800 milyard avroluq plan (Aİ-nin yenidən silahlanması) barədərazılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse"agentliyi xəbər verib.

Martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİliderlərinə 800 milyard avroluq büdcə ilə icmanı yenidənsilahlandırmaq planı təklif etdiyini açıqladı. Avropa Komissiyasıbu pulu kapital bazarlarından borc götürəcək və sonra Avropadanbirgə silah almaq şərti ilə dövlətlərə kredit şəklində verəcək. Buvəsait Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçünsilahların istehsalına yönəldiləcək.

Avropa Komissiya həmçinin ölkələrə silah istehsalı üçün daha 650milyard avro cəlb etmək üçün müdafiə xərclərini 1,5% artırmağıtəklif edib. Bu pul dövlət kreditləri şəklində Aİ ölkələrininözləri tərəfindən cəlb edilməlidir.

Seçilən
37
az.trend.az

1Mənbələr