UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Fənərbağça" evdə "Reyncers"i qəbul edib.
hakimiyyet.az xəbər verir ki, İstanbulun Şükrü Saraçoğlu stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:3.
Dessers hesabı matçın 7-ci dəqiqəsində açaraq, "Reyncers"i önə çıxarıb. Şotlandiyanın daha iki qolunu isə Çernı vurub (42 və 81-ci dəqiqələr).
"Fənərbağça"da isə yeganə qolu 30-cu dəqiqədə Ciku vurub.
21:45
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Türkiyənin "Fənərbağça" və Şotlandiyanın "Reyncers" klubları qarşılaşırlar.
hakimiyyet.az xəbər verir ki, İstanbulun Şükrü Saraçoğlu stadionunda keçirilən görüşü ispaniyalı hakim Alexandro Ernandes idarə edir.
UEFA Avropa Liqası: "Fənərbağça" - "Reyncers" matçında dörd qol vuruldu
20:48
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində Türkiyənin "Fənərbağça" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 21:45-də start götürəcək oyunu hakimiyyet.az portalından canlı olaraq izləyə bilərsiniz.