AZ

Əsəd tərəfdarları Suriya Baş Təhlükəsizlik Xidmətinin 13 zabitini ÖLDÜRDÜ

Suriyada Əsəd tərəfdarları ölkənin Baş Təhlükəsizlik Xidmətinin 13 əməkdaşını öldürüb.

Publika.az xəbər verir ki, bu barədə "Suriya" TV məlumat yayıb.

Bildirilib ki, keçmiş prezident tərəfdarlarının Cəblə şəhərində qurduqları pusquya düşmələri nəticəsində bu gün Latakiyada öldürülən Suriya Baş Təhlükəsizlik Xidməti zabitlərinin sayı 13-ə çatıb.

Fəallar bu gün günorta saatlarında Cəblə şəhərində ictimai təhlükəsizlik zabitlərinin avtomobillərinin necə pusquya salındığını əks etdirən videolar yayıblar.

Seçilən
5
publika.az

1Mənbələr