Amerika siyasətində ötən gün bir ilk baş verdi. ABŞ dövlət katibi Rubio canlı yayımda alnına xaç işarəsi ilə çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, dünya mediasında böyük müzakirələrə yol açıb.
ABŞ dövlət katibi Marko Rubio isə canlı yayıma alnına “xaç” işarəsi ilə qatılmasına bir cümlə ilə izah verib: "Bu, katolik inancında kül çərşənbəsi ənənəsindən irəli gəlir. Efirə çıxdığım gün həmin müqəddəs günə təsadüf edirdi".
Zülfiyyə Mustafayeva
MİA.AZ