"Mançester Siti"nin yeni transferi Abdukodir Xusanov fevral ayı üçün komandanın ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı müdafiəçi azarkeşlər arasında keçirilən sorğuda qalib gəlib. O, digər namizədlər Erlinq Holand və Yoşka Qvardiolanı qabaqlayıb.

Ötən ay Xusanov "Mançester Siti"də 5 matça çıxıb, bunların birində - fevralın 8-də İngiltərə Kuboku çərçivəsində səfərdə "Leyton Orient"in qapısına kuryz qol vurub.

Özbəkistanlı futbolçu Mançester təmsilçisinə bu ilin yanvarında Fransanın "Lans" klubundan 40 milyon avro müqavilində transfer olunub.