AZ

UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin dörd oyunu baş tutub - NƏTİCƏLƏR

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk görüşləri baş tutub.

hakimiyyet.az xəbər verir ki, maraqlı qarşılaşmalardan biri Yunanıstanda keçirilib.

"Panatinaikos" İtaliya təmsilçisi "Fiorentina" ilə üz-üzə gəlib. Oyun birincilərin 3:2 hesabı ilə yekunlaşıb. "Panatinaikos"dan Sviderski, Maksimoviç, Tete, "Fiorentina"dan isə Beltran, Facoli fərqləniblər.

Bu mərhələ çərçivəsində digər görüşdə "Kopenhagen" "Çelsi"ni qəbul edib. Matç londonluların qələbəsi ilə başa çatıb - 1:2. Danimarka təmsilçisindən yeganə qolu Qabriel Pereyra vurub. "Çelsi"dən qollara isə Ceyms və Fernandes imza atıblar.

Turun "Real Betis" - "Vitoriya Gimaraeş" görüşü heç-heçə başa çatıb - 2:2. İspaniya təmsilçisindən Bakambu, İsko, qonaqlardan isə Mendeş və Oliveyra fərqləniblər.

"Molde" - "Legia" matçı birincilərin 3:2 hesablı qələbəsilə nəticələnib. Ev sahiblərindən qolları Hestad, Eriksen, Qulbrannsen vurublar. Polşa təmsilçisindən isə Çodina və Lukinyas fərqləniblər.

Seçilən
48
hakimiyyet.az

1Mənbələr