Türkiyənin Mersin şəhərinin Toroslar mahalının sakinləri bələdiyyəyə müraciət edərək fərdi yaşayış evindən pis qoxu gəldiyindən şikayət ediblər.
“Qafqazinfo” xəbər verir ki, müraciətdən sonra polis və təmizlik qrupları evdən 10 ton zibil aşkarlayıb.
Evin yaşlı qadına məxsus olduğu ortaya çıxıb. Komandaların əməyi ilə yaşlı qadına məxsus evdən yığılan 10 ton zibil yük maşınları ilə zibilxanaya daşınıb. Tullantılar çıxarıldıqdan sonra ev və ətrafı təmizlənib.
Yaşlı qadın Ailə və Sosial Xidmətlər İl Müdirliyi tərəfindən himayə edilib.