AZ

Vəzifəli şəxsin qardaşının meyiti tapıldı

Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bağırov evinin həyətində oğullarının mübahisəsinə əsəbiləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub.

İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
42
yenisabah.az

1Mənbələr