Bakı. Trend:
Martın 7-də Aya pilotlu uçuşlar üçün yaradılan "Super Heavy"daşıyıcı aparatı ilə "Starship" kosmik gəmisinin səkkizinci orbitalsınaq uçuşu planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən xəbərverilib.
Məlumatına görə, uçuş martın 4-nə nəzərdə tutulurdu, lakinburaxılış aparatında aşkar edilən problemlərə görə buraxılışına 40dəqiqə qalmış ləğv edilib.
Buraxılış, ABŞ Şərq sahilləri vaxtı ilə martın 7-də saat18:30-da Texasın cənub-şərqindəki Boka-Çikadakı SpaceX şirkətinin"Starbase" buraxılış yerindən baş tutacaq.