AZ

Avropa Liqasında “Fənər”lə “Tottenhem” üçün uğursuz gecə

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni günə təsadüf edib.

Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Şotlandiyanın “Reyncers” komandasını sınağa çəkib. Dörd qolun qeydə alındığı oyunda İstanbul klubu məğlubuyyətə üzülüb.

İngiltərə nəhəngi “Mançester Yunayted” səfərdə “Real Sosyedad”ın (İspaniya) qonağı olub. Bu oyunda 1:1 hesabı qeydə alınıb. Digər İngiltərə klubu “Tottenhem”in “Alkmar”la səfər oyunu isə London təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb. “Ayaks” da evdə “Ayntraxt”a məğlub olub.

“Atletik” (İspaniya) İtaliyada “Roma”nın qonağı olub. Üç qolluq qarşılaşma italyanların əzmkar qələbəsiylə yekunlaşıb. İtaliyanın digər təmsilçisi “Latsio” da Plzen “Viktoriya”sı ilə səfər matçından qələbə ilə ayrılıb.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunları
6 mart

“Alkmar” (Niderland) – “Tottenhem” (İngiltərə) 1:0
Qol: Berqvall, 18-öz qapısına.

“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: Oyarsabal, 70-pen – Zirkze, 57.

“Styaua” (Rumıniya) – “Olimpik” (Lion, Fransa) 1:3
Qollar: Baluta, 68 – Talyafiko, 30. Fofana, 86; 89.

“Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) 1:3
Qollar: Djiku, 30 – Dessers, 7. Çerni, 42; 81.

“Viktoriya” (Plzen, Çexiya) – “Latsio” (İtaliya) 1:1
Qollar: Durosinmi, 53 – Romanyolii, 18.

“Bodo Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan) 3:0
Qollar: Tsolakis, 13-öz qapısına. Hoq, 45; 55.

“Ayaks” (Niderland) – “Anderlext” (Belçika) 1:2
Qollar: Brobbi, 10 – Larsson, 28. Sxiri, 70.

“Roma” (İtaliya) – “Atletik” (İspaniya) 2:1
Qollar: Anxelinyo, 56. Şomurodov, 90+4 – İ.Uilyams, 50.

Seçilən
23
1
arena.az

2Mənbələr