Bakı. Trend:
ABŞ administrasiyası son bir neçə gündə həm Rusiya, həm dəUkrayna ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində “böyükirəliləyiş” əldə edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald TrampAğ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Deyə bilərəm ki, biz son bir neçə gündə Ukrayna ilə bağlı,Rusiya ilə bağlı xeyli irəliləyiş əldə etmişik və bunu sona kimiaparmaq çox gözəl olardı", - deyə ABŞ prezidenti bildirib.