AZ

UEFA Konfrans Liqası: 1/8 mərhələsinin daha 4 görüşü keçirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində daha dörd matç baş tutub.
Oxu.Az xəbər verir ki, "Banya Luka" - "Rapid" oyununda heç-heçə qeydə alınıb - 1:1. Görüşdə qolları ev sahiblərindən Vukoviç, qonaqlardan isə Bele vurub.
"Çelye" - "Luqano" oyununda isə ev sahibləri qələbəyə seviniblər - 1:0. Sloveniya təmsilçisinə qələbə qazandıran qolu Svetlin vurub.
"Yagelloniya" - "Serkl Brügge" matçında isə üç qol vurulub. Qarşılaşma Polşa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Pululunun dubla imza atdlığı görüşdə Romançuk da bir dəfə fərqlənib.
"Pafos" - "Dyürqarden" görüşü 1:0 hesabı ilə başa çatıb. Matçda yeganə qolu Tankoviç vurub.
Seçilən
31
oxu.az

1Mənbələr