2030-cu ildə keçiriləcək Dünya Kubokunda komanda sayı artırıla bilər. 

Offsideplus.az xəbər verir ki, FIFA DÇ-2023-da komanda sayını 64-ə çatdırmaq istəyir. 

Qeyd edək ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi Dünya Kubokunda 48 komanda iştirak edəcək. Ümumi oyun sayı isə 104 olacaq.

Komanda sayının artımı gerçəkləşərsə, UEFA-ya üzv olan 55 ölkədən (Azərbaycan da daxil olmaqla) yarısının turnirin final mərhələsində iştirak etmək imkanı olacaq.