AZ

Kiyev üzərində "NATO ÇƏTİRİ"

Avropa liderləri NATO-nun 5-ci maddəsinin Ukraynaya şamil edilməsini müzakirə edirlər.

Publika.az xəbər verir ki, bunu Aİ-nin fövqəladə sammitindən sonra İtaliyanın Baş naziri Giorgia Meloni deyib.

“Düşünürəm ki, 5-ci maddəsinin Ukraynaya şamil edilməsi daha təsirli olar. Bu, NATO-ya üzv olmaqdan fərqlidir, lakin üzv ölkələrin istifadə etdiyi eyni zəmanətlərin Ukraynaya da verilməsi deməkdir”, - o bildirib.

NATO-nun 5-ci maddəsində deyilir ki, alyans ölkələrindən birinə silahlı hücum bütün alyansa hücum kimi qiymətləndiriləcək.

Seçilən
60
publika.az

1Mənbələr