Bakı. Trend:
Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqindəqlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir dahatəsdiqləyib.
Trend-inməlumatına görə, bu barədə Azərbaycan Respublikasının BirləşmişMillətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “X”dəki rəsmihesabında bildirilib.
Qeyd olunub ki, Azərbaycanda keçirilmiş COP29 iqlimfəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: “Biz Bakıdabaşlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-danCOP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etməkməqsədi daşıyırıq. Belemdə COP30-a doğru irəliləyərkən, bizi bugünə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bukritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərliküçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq”.