AZ

Tramp Kanada və Meksikadan idxal olunan mallara rüsumları yenidən təxirə salıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan üçtərəfliticarət sazişinə daxil olan mallara 25 faizlik idxal rüsumununtətbiqinin aprelin 2-dək təxirə salınması barədə sərəncamimzalayıb. D.Tramp qeyd edib ki, bu tarixdən sonra belə güzəştlərolmayacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdəjurnalistlərə bildirib.

"Böyük hadisə aprelin 2-də, cavab tariflərinin tətbiq ediləcəyivaxt baş verəcək", - deyə o bildirib. ABŞ prezidenti əlavə edib ki,həmin tarixdən sonra ABŞ Amerika məhsullarına tətbiq etdiyitariflərə uyğun olaraq digər ölkələrdən gələn mallara da rüsumlartətbiq edəcək.

O qeyd edib ki, administrasiyası rüsumların tətbiqi ilə bağlıəlavə gecikmələr və ya düzəlişlər planlaşdırmır. Onun sözlərinəgörə, yeganə istisna avtomobil sənayesi olub - bir gün əvvəlmüvafiq malları 30 gün müddətinə əlavə rüsumlardan azad edən fərmanimzalanıb.

Seçilən
24
az.trend.az

1Mənbələr