AZ

Almaniya kansleri Şolz: "Avropa beynəlxalq arenada baş verən dəyişikliklərə reaksiya verməkdə qərarlı və yekdildir"

Almaniya kansleri Olaf Şolz Avropanın beynəlxalq aləmdəki dəyişikliklərə cavab verməkdə qərarlı olduğunu bildirib.

Şolz Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Toplantısının ardından mətbuat konfransı keçirib.

"Operativ Media" xəbər verir ki, Avropa liderlərinin Brüssel, Paris və Londondan sonra dördüncü dəfə Brüsseldə bir araya gələrək dünyanın və xüsusilə də Avropanın içindəki çətin vəziyyəti müzakirə etdiklərini ifadə edən Şolz, "Avropa səviyyəsində yaxın koordinasiya içərisində olmağımız və İngiltərə, Norveç və Türkiyə kimi AB xaricindəki tərəfdaşlarla da danışıq aparmağımız yaxşı haldır" deyə bildirib.

Şolz aydın ümumi mesajın çatdırılmasının da vacib olduğunu qeyd edərək, “Avropa beynəlxalq arenada baş verən dəyişikliklərə reaksiya verməkdə qətiyyətlidir və həmrəydir” deyərək qiymətləndirmə aparıb.

Sammitdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdüyünü bildirən Şolz Zelenski hamıdan "Ukraynanı yarıyolda qoymayacaqları" siqnalı aldığını bildirib.

Seçilən
24
operativmedia.az

1Mənbələr