AZ

Baş məşqçini qovdular!-Azərbaycanlı...

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” baş məşqçisiz qalıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi komandanın baş məşqçisi Serkan Özbaltı istefaya göndərib.

Bu, birinci liqanın 28-ci turunda "Boluspor"a evdə məğlubiyyətdən (0:2) sonra baş verib.

Ardıcıl uğursuzluqlardan sonra hesabında 39 xal olan “Çorum” 10-cu pilləyə düşüb.

Özbalta "Çorum"un yeni transferi Coşqun Diniyevə daha çox oyun vaxtı vermədiyinə görə də fanatlar tərəfindən tənqid olunurdu.


Seçilən
20
3
azia.az

3Mənbələr