Papa Fransisk xəstəxanada katolik dindarlara müraciət etdiyi qısa səs yazısını sosial şəbəkədə paylaşıb....
Poliqon xəbər verir ki, 88 yaşlı pontifik təxminən üç həftədir ki, ikiqat pnevmoniya diaqnozu ilə xəstəxanada müalizə alır.
“Sağlamlığım üçün dualarınıza görə ürəkdən təşəkkür edirəm, fikirlərim sizinlədir. Allah sizə rəhm eləsin və Məryəm sizi qorusun. Təşəkkür edirəm" deyə Papa katoliklərə müraciətində deyib.
Papanın ispan dilindəki müraciəti onun sağalması üçün dua mərasimindən əvvəl Müqəddəs Pyotr meydanında yayımlanıb. Müraciətdən hiss olunur ki, Papanın səsi zəif çıxır və nəfəs alması çətinləşir.
Qeyd edək ki, Papa Fransisk fevralın 14-də Romanın Gemelli xəstəxanasına yerləşdirilib. Onda ikitərərfli pnevmoniya müşahidə edilib. Xəstəxanaya yerləşdirildikdən az sonra Papa səhhətinə görə istefa verə biləcəyi ilə bağlı mətbuatda xəbərlər yayıldı. İsveçrənin “Blick” qəzeti papanın mühafizəçilərinin artıq papanın dəfn mərasiminin məşq etdiyini iddia edib. Fevralın sonunda Papanın vəziyyəti pisləşdi və pontifik süni nəfəs aparatına qoşulub.
Poliqon.info