Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-nin SAP lisenziyası üçün texniki dəstək xidməti ilə əlaqədar elan etdiyi daha bir tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 150 000 AZN olub.
Cabir
Tarix: 7 Mart 2025, 08:16