Şirkət bu xüsusiyyətin süni intellekt texnologiyalarını sürətlə yaymaq planının bir hissəsi olduğunu açıqlayıb.
"Operativ Media" xəbər verir ki, "Google"un ən son süni intellekt modeli olan Gemini 2.0 ilə dəstəklənən “AI Mode” istifadəçilərə birbaşa internetdən məlumat təqdim edərək ənənəvi bağlantılar siyahısı əvəzinə söhbətə bənzər cavablar yaradır.
Google verdiyi açıqlamada "Siz ağlınıza gələn hər şeyi soruşa və süni intellektlə işləyən faydalı cavablar ala bilərsiniz. Siz həmçinin əlavə suallar vermək və müvafiq internet bağlantılarına daxil olmaq imkanınız olacaq" deyə bildirib.
Şirkət qeyd edib ki, AI rejimi mürəkkəb mövzuları araşdırmaq, müqayisələr aparmaq və əsaslandırma tələb edən suallar üçün xüsusilə faydalıdır.