AZ

Makron: Putin tarixi səhv şərh edir

Avropa İttifaqı (Aİ) liderləri Belçikanın paytaxtı Brüsseldə fövqəladə sammit keçiriblər. Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putinin Napoleonun Moskva kampaniyasında məğlubiyyətinə işarə etməsi ilə bağlı “Məncə, tarixi səhv şərh edirsiniz”, deyib.

İki sahil” xəbər verir ki, Makron sammitdən sonra keçirilən mətbuat konfransında deyib: “Hamımız Avropada ciddi bir dövr keçirdiyimizin fərqindəyik”.

Makron sülh istədiklərini, lakin Ukrayna üçün heç bir zəmanət olmadan tələsik danışıqlar yolu ilə atəşkəs istəmədiklərini vurğulayıb: “Ukraynada təkcə bu ölkənin suverenliyi və təhlükəsizliyi deyil, həm də bizim təhlükəsizliyimiz təhlükə altındadır”.

Makron bu ifadədən istifadə edərək Rusiyanın uzunmüddətli perspektivdə Avropa və Fransa üçün ekzistensial təhlükə yaratdığını qeyd edib.

Rusların 2022-ci ildə və sonra İstanbulda keçirilən danışıqlarda öz niyyətlərini ifadə etdiyini bildirən Makron, Moskva hökumətinin Ukraynada ordunun olmamasını və ölkənin hərbsizləşdirilməsini istədiyini bildirib: "Ruslar Ukraynanı neytral ölkə kimi görmək istədiklərini deyirlər. Bu, ordunun azaldılması deməkdir".

Putinin, "Hələ də hər şeyin necə bitdiyini unudaraq Napoleonun dövrünə qayıtmaq istəyənlər var", - xatırladan Makron belə danışıb: "Hesab edirəm ki, o, tarixi səhv şərh edir və bu, məni təəccübləndirir. Napoleon qalib gəldi, amma bu gün Avropada gördüyüm yeganə imperialist güc Rusiyadır. O, tarixə revizionist və imperialist prizmadan yanaşan liderdir".

“Qısamüddətli prioritetimiz Ukraynaya və onun ordusuna dəstək verməkdir”, deyən Makron əlavə edib ki, Aİ bu il Ukraynaya 30,6 milyard avro dəstək verəcək: "Ukraynada nə baş verirsə versin, təhlükəni nəzərə alaraq, biz öz müdafiə imkanlarımızı artırmalıyıq. Yaxın bir neçə ildə avropalılar üçün müstəqil müdafiə imkanları yaratmalıyıq".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
31
1
ikisahil.az

2Mənbələr