AZ

"Baykar" İtaliya şirkəti ilə ortaqlıq müqaviləsi imzalayıb

Pilotsuz uçuş aparatları istehsalçısı Türkiyə şirkəti "Baykar" ilə İtaliyanın müdafiə sənayesi şirkəti "Leonardo" arasında pilotsuz texnologiyalar üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

Marja xəbər verir ki, "Leonardo"nun İtaliyanın paytaxtı Romadakı qərargahında "Leonardo"nun Baş direktoru Roberto Cingolani, "Baykar"ın  İdarə Heyətinin sədri Selçuk Bayraktar və "Baykar"ın baş direktoru Haluk Bayraktar pilotsuz texnologiyalar sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.

Cingolani, İstanbuldakı "Baykar" obyektlərinə səfərindən çox təsirləndiyini və "Baykar"ın geniş İHA məhsul "ailəsinə" sahib olduğunu söyləyib. 

Selçuk Bayraktar, "Aylardır intensiv görüşlər keçirdik. Onsuz da "Leonardo" ilə işləyirdik. İndi isə əməkdaşlığımızı daha da genişləndiririk" deyib. 

Selçuk Bayraktar iki şirkətin bir-birini tamamlayan xüsusiyyətlərə sahib olduğuna diqqət çəkərək, "Ən yaxşı sistemləri birlikdə yarada bilərik" deyib.

İki şirkətin Türkiyə və İtaliyada birgə istehsal quracağı açıqlanıb.

"Baykar" və "Leonardo" Avropadakı pilotsuz uçuş aparatları bazarının yaxın 10 ildə 100 milyard dollara çatacağını gözləyir.

Seçilən
27
marja.az

1Mənbələr