AZ

“Azneftmaşservis” ASC dividenlərini bölüşdürəcək - TOPLANIT

2 may 2025-ci il saat 9.00-da “Azneftmaşservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər durur:

1. ASC-nin idarəetmə orqanlarının 2024-cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı. Dividendlərin bölüşdürülməsi.

2. İllik hesabatların təsdiq edilməsi.

3. Təşkilati məsələ. ASC-nin idarəetmə orqanlarının seçilməsi.

4. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyindəki məsələlərə aid materiallarla tanışlıq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Əlaqə telefonu – (012) 514-19-50.

Ünvan-Bakı şəhəri,Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, ASC-nin inzibati binası.

Qeyd – səhmdarlardan xahiş edilir ki, əgər yığıncağın keçirilmə tarixi karantin dövrünə düşərsə,yaxud digər məhdudiyyətlər olarsa, onda elanda göstərilən telefonla əlaqə saxlayıb yığıncağın “online “ qaydada keçirilməsində iştirak üçün aktiv əlaqə nömrələrini təqdim edib qeydiyyatdan keçsinlər.”GoTo Meeting” saytı (936369133) kodu vasitəsilə qoşulmaq olar

Seçilən
11
1
fed.az

2Mənbələr