AZ

Çində 125 milyon illik nadir zəhərli əqrəb fosili tapılıb

Əqrəb öz dövrünün ekosistemində mühüm rol oynamışdır.

QHT.az xəbər verir ki, Çinli tədqiqatçılar təxminən 125 milyon il əvvəl yaşamış nəhəng və zəhərli əqrəbin nadir fosilini aşkar ediblər. Jeholia longchengi adlandırılan fosil, Liaoning əyalətinin Jehol biotasında tapılıb və Fosil Vadisi Muzeyində saxlanılır. Uzunluğu 10 sm olan J. longchengi incə pedipalpası, uzun ayaqları və zəhərli sancması ilə ekosistemində mühüm rol oynayıb. O, həşərat və hörümçəklərlə yanaşı, kiçik məməliləri də ovlayan mezopredator olub.

Bu, Çində tapılan dördüncü quru əqrəbi fosilidir. Əvvəllər belə fosillər Şandunq, Hubey və Daxili Monqolustanda aşkar edilib.

 

R.İmanov

Seçilən
31
qht.az

1Mənbələr