AZ

Dünya və Avropa çempionu 4 illik diskvalifikasiya olunub

Türkiyəli güləşçi Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub. 

Apasport.az xəbər verir ki, buna qanında tapılan qadağan olunmuş maddə səbəb olub. 

36 yaşlı həm dünya, həm Avropa çempionu olan güləşçi cəzası ilə bağlı bunları söyləyib: 

"Mən artıq güləşi buraxmış idmançıyam. Düşərgədə zədələndiyim üçün ağrılarımı dindirmək üçün istifadə etdiyim bir dərman idi. Müalicə müddətində həkimimin mənə yazdığı şifahi və yazılı reseptə uyğun olaraq müalicəmi davam etdirmişəm. Dünya Güləş Birliyi tərəfindən yarışlara qatılmam keçici olaraq qadağan edildi. İdmançı karyeram bu cür çirkin ifadələrə məruz qaldığı üçün hüquqi müddət başlanacaq".

Qeyd edək ki, Kayaalp "orqanizmə əlavə enerji verən maddələrdən istifadə etdiyi" aşkar edildiyi üçün müvəqqəti olaraq idman yarışlarından uzaqlaşdırılıb. Bu səbəbdən Kayaalp Paris Olimpiadasında iştirak edə bilməyib. 

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb

Yunan-Roma güləşçilərinin Azərbaycan çempionatına yekun vurulub

Sərbəst güləşçilərin Azərbaycan çempionatına yekun vurulub

Güləş üzrə Azərbaycan çempionatına start verilib

Seçilən
21
4
apasport.az

5Mənbələr