ABŞ prezidenti Donald Tramp strateji Bitcoin ehtiyatının yaradılması haqqında sərəncam imzalayıb.
Qeyd edilib ki, ehtiyatlar ABŞ-ın artıq sahib olduğu kriptovalyutanı da əhatə edəcək. Onların məbləği 200 min (cari məzənnə ilə 17 milyard dollar) qiymətləndirilir.
Eyni sərəncamla ABŞ-ın rəqəmsal aktivləri üçün də ehtiyat yaradılacaq.
Yanvar ayında Bitcoin-in qiyməti ABŞ prezidentinin kriptovalyutalarla bağlı siyasətə yenidən baxmaq planları fonunda rekord həddə - 109,5 min dollara çatıb. Donald Tramp rəqəmsal aktivlərin tənzimlənməsi ilə bağlı yeni qaydaların işlənib hazırlanması, habelə onlar üçün milli ehtiyatın yaradılmasının öyrənilməsi üçün işçi qrupun yaradılmasına göstəriş vermişdi. Qrupa ABŞ-ın əsas federal qurumlarının, o cümlədən Xəzinədarlıq Departamentinin, Ədliyyə Departamentinin və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) nümayəndələri daxil idi.