AZ

Tramp: Rusiya və Ukrayna sülh bağlayacaq, çünki onların seçimi yoxdur

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna hakimiyyəti Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir, çünki onun seçimi yoxdur. Eyni zamanda o, Rusiya tərəfinin də oxşar mövqedə olduğunu iddia edir.

“Ukrayna müqavilə əldə etmək istəyir, çünki onun seçimi olmadığını düşünürəm. Mən də hesab edirəm ki, Rusiya da razılığa gəlmək istəyir, çünki müəyyən mənada – bunu yalnız mən bilirəm – onların da seçimi yoxdur”, ? Tramp söyləyib.

Bu həftə Donald Tramp cənab Zelenskinin, eləcə də Rusiyanın danışıqlar masası arxasına oturmağa hazır olduğunu açıqlayıb. Lakin o, hesab edir ki, həm Moskva, həm də Kiyev güzəştə getməlidir.

Seçilən
31
1
banker.az

3Mənbələr