AZ

Tramp Meksikaya möhlət verdi

Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdıqdan sonra razılaşdım ki, Meksika USMCA-nın əhatə etdiyi heç bir şey üçün rüsumları ödəməli olmayacaq. Bu razılaşma aprelin 2-dək qüvvədədir", - Tramp qeyd edib.

O, bunu Şeynbauma hörmət əlaməti kimi ifadə edib.

"Münasibətlərimiz çox yaxşıdır və biz sərhəddə həm qanunsuz miqrantların ABŞ-yə daxil olmasının qarşısını almaq, həm də qaçaqmalçılığı dayandırmaq üçün birlikdə çox çalışırıq", - Ağ Ev rəhbəri vurğulayıb.

AzVision.az
Seçilən
21
2
azvision.az

3Mənbələr