AZ

"Liverpul" "Nyukasl"ın hücumçusu İsakla maraqlanır

İngiltərə Premyer Liqası komandası "Liverpul" heyətinə yeni hücumçu cəlb etmək istəyir.

"Nyukasl"ın hücumçusu Aleksandr İsak "Liverpul"un marağına səbəb olub.

"Operativ Media" xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, fürsət yaranarsa, mersisaydlılar "Çelsi", "Arsenal" və "Barselona" nın da istədiyi 25 yaşlı isveçlini almağa çalışacaqlar.

İsak 2022-ci ilin avqustundan "Nyukasl"da çıxış edir. Bu mövsüm forvard bütün turnirlərdə 31 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Transfermarkt" oyunçunun dəyərini 75 milyon avro qiymətləndirir.

Seçilən
4
operativmedia.az

1Mənbələr