AZ

"İnter Mayami" ÇL-də çətin qələbə qazandı - Messi hanı?

“İnter Mayami” KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsində “Kavalyers”lə ilk oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, görüş Lionel Messi və bir çox ulduzların çıxış etdiyi mayamililərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandada hərəyə bir qolu Luis Suares və Tadeo Allende vurub, Serxio Busqets isə məhsuldar ötürmə ilə yadda qalıbb. Messi matçda iştirak etməyib. Komandanın kapitanının adı ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib. 37 yaşlı argentinalı bundan əvvəl MLS-də "Dinamo Hyuston" ilə oyunu (4:1) buraxmışdı. Tanınmış insayder Fabritsio Romano Messinin əzələsində narahatlıq olduğunu, klubun onun durumunu ağırlaşdırmamaq üçün bir müddət istirahət verdiyini bildirib. 

"Kavalyers"lə cavab oyunu martın 14-də baş tutacaq.

Seçilən
21
fanat.az

1Mənbələr