AZ

21 yaşlı özbəkistanlı futbolçu "Mançester Siti"də ayın futbolçusu seçildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Siti"nin özbək müdafiəçisi Abdukodir Xusanov fevral ayında "şəhərlilər"in ən yaxşı futbolçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə İngiltərənin hazırkı çempionunun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu "Mançester Siti" azarkeşlərinin səsverməsində hücumçu Erlinq Holand və müdafiəçi Joska Qvardiolu qabaqlayıb.
Fevralda Xusanov "şəhərlilər"in heyətində bütün turnirlərdə beş oyunda iştirak edib və bir qol vurub.
Qeyd edək ki, özbəkistanlı futbolçu ötən ilin yanvarında "Lans"dan "Mançester Siti"yə keçib. Futbolçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında qeyd olunan məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
Seçilən
13
oxu.az

1Mənbələr