AZ

“Rusiya və Ukraynanın sülh sazişini bağlamaqdan başqa seçimi yoxdur” - Tramp

“Həm Ukrayna, həm də Rusiya sülh razılaşmasına nail olmaq istəyirlər”.

Missiya.Az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

"Ukrayna sülh sazişi bağlamaq istəyir, çünki onların seçimi olmadığını düşünürəm. Mən də hesab edirəm ki, Rusiya da razılığa gəlmək istəyir, mənim bildiyim qədər onların da seçimi yoxdur", - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, bir neçə gün bundan öncə Ağ Ev rəhbəri ABŞ-nin son günlər Ukrayna və Rusiya ilə böyük irəliləyiş əldə etdiyini bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr