AZ

"Möhtəşəm 7" şirkətlərində böyük sarsıntı - SƏHMLƏR DƏYƏR İTİRDİ!

Beynəlxalq fond bazarlarında şirkətlərin səhmlərinin qiymətləri gündəlik olaraq müxtəlif faktorların təsiri altında dəyişir. İnvestorların gözləntiləri, iqtisadi xəbərlər, maliyyə hesabatları və makroiqtisadi göstəricilər bu dalğalanmalara səbəb olur.

Kripto bazarında dalğalanma davam edir - BİTCOİN UCUZLAŞDI

FED.az xəbər verir ki, son ticarət sessiyasının nəticələrinə əsasən, böyük texnologiya və maliyyə şirkətlərinin səhmlərində ciddi enişlər müşahidə olunub.

Göstəricilərə görə, ən çox dəyər itirən səhmlərdən biri NVIDIA olub. Şirkətin səhmləri 5,74% azalaraq 110,57 dollara düşüb. Bununla yanaşı, Tesla da böyük ucuzlaşma göstərib – səhmlərinin qiyməti 5,61% enərək 263,45 dollara qədər geriləyib. Meta Platforms da 4,35% dəyər itirib627,93 dollara düşüb.

Digər tərəfdən, bazarda ən çox bahalaşan səhmlər Johnson & Johnson-a məxsusdur. Şirkətin səhmləri 0,43% dəyər qazanaraq 165,83 dollara çatıb. Bu, səhmlər arasında yeganə müsbət dinamikanı göstərən göstəricidir.

Ümumilikdə, bazarda mənfi tendensiya üstünlük təşkil edib və aparıcı şirkətlərin səhmləri əsasən ucuzlaşıb. 

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

235,33

-0,17

2

Amazon.com

200,70

-3,68

3

Meta Platforms

627,93

-4,35

4

Berkshire Hathaway

497,84

-0,13

5

Visa

344,16

-2,42

6

Johnson & Johnson

165,83

+0,43

7

Microsoft

396,89

-1,03

8

Alphabet (Google)

174,21

-0,45

9

Tesla

263,45

-5,61

10

NVIDIA

110,57

-5,74

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Seçilən
27
fed.az

1Mənbələr