AZ

Neymar uzun müddət sonra milliyə qayıtdı

“Santos”un 33 yaşlı hücumçusu Neymar uzun müddət sonra milliyə çağırılıb. Metbuat.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.15 aydan sonra yığmaya qayıdan futbolçu DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.Neymar sonuncu dəfə millinin heyətində 2023-cü il oktyabrın 18-də Uruqvay yığmasına qarşı oyunda meydana çıxıb.

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.

Seçilən
6
5
metbuat.az

6Mənbələr