Çin ABŞ-nin mümkün təzyiqini əks tədbirlərlə qarşılayacaq...
Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Van İ deyib.
“Təzyiq davam edərsə, Çin qətiyyətli əks tədbirlər görəcək”, deyə Çin diplomatiyanın rəhbəri bildirib.
Eyni zamanda, çinli diplomat əməkdaşlığın hər iki tərəfə fayda verəcəyini vurğulayıb.
Qeyd edək ki, martın 4-də ABŞ prezidenti Donald Tramp Pekinin ABŞ-də narkotik ticarəti ilə mübarizədə kifayət qədər səy göstərmədiyini əsas gətirərək Çin mallarına idxal rüsumlarının 10%-dən 20%-ə qaldırılması haqqında sərəncam imzalayıb. Fərmanın mətnində fentanil də daxil olmaqla sintetik opioidlərin axınının qarşısını almaq üçün Çin tərəfindən görülən qeyri-adekvat tədbirlər qeyd olunur.
Poliqon.info