AZ

ABŞ tələbələri də hədəfə aldı: Kim HƏMASI dəstəkləyibsə...

ABŞ HƏMAS-ı dəstəkləyən tələbələrin vizalarını ləğv edəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama yayıb.

O, HƏMAS-ı "terror təşkilatı" olaraq xarakterizə edib: "Təyin edilmiş terror təşkilatlarını dəstəkləyənlər milli təhlükəsizliyimizi təhdid edir. ABŞ-ın terrorçuları dəstəkləyən xarici ziyarətçilərə tolerantlığı sıfırdır".

Rubio vurğulayıb ki, ABŞ qanunlarını pozanlar, o cümlədən əcnəbi tələbələr vizadan imtina, ləğv və ya deportasiya ilə üzləşirlər.

ABŞ-da yayımlanan “Axios” xəbər saytının məlumatına görə, ABŞ Dövlət Departamentindən yüksək səviyyəli rəsmilər Rubionun bu mövzuda süni intellekt dəstəkli araşdırma aparacağını qeyd edib.

Seçilən
7
publika.az

1Mənbələr