Bu gün səhər saatlarında paytaxtın Neftçilər prospektində avtobus qəzaya uğrayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli AzPost-un sorğusuna cavab olaraq bildirirb ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində “Daweoo” markalı, 10-TG-753 dövlət nömrə nişanlı avtobus qəza törədib.
Avtobusda sürücü olmayıb. Park edilmiş vəziyyətdə olan nəqliyyat vasitəsi ətalət halında hərəkət edib və dərmir maneəyə çırpılıb. Faktla bağlı araşdırma aparılır.
