AZ

Kripto bazarında dalğalanma davam edir

Kriptovalyuta bazarında ən önəmli oyunçulardan biri olan Bitcoin (BTC) son aylarda ciddi dalğalanmalar yaşayıb. Yanvarın sonunda 105 min dolları keçən bitkoin fevral ayında gözlənilən 100 min dollar həddini aşmadı.

Publika.az xəbər verir ki, son günlərdə isə qiymət sürətlə dəyişir – dünən 92 min dolları keçən BTC bu gün yenidən düşüb və 87,863.60 dollardan ticarət olunur.

Hazırda bitkoinin bazar dəyəri 1.74 trilyon dollar təşkil edir və gündəlik ticarət həcmi 57.47 milyard dollara çatıb. Son bir saatda qiymət 1.82% yüksəlsə də, 24 saat ərzində 4.84% dəyər itirib. Bununla yanaşı, həftəlik göstəricilərə baxdıqda 9.76% artım qeydə alınıb.

Bitkoin üçün 2024-cü il necə başlayıb?

Bitkoin 2024-cü ilin əvvəlində güclü artımla diqqət çəkirdi. Yanvar ayının sonunda 105 min dolları aşaraq tarixi rekordunu yeniləmişdi. Lakin fevral ayında gözlənilən yüksəliş davam etmədi və qiymət 100 min dolları keçə bilmədi. Son aylar ərzində baş verən enişlər investorların diqqətini çəkir. İlin əvvəlindən bu günə qədər BTC 5.92% dəyər itirib. Bu isə bəzi ekspertlər tərəfindən bazarın korreksiya mərhələsinə daxil olduğu kimi şərh edilir.

Seçilən
20
1
publika.az

2Mənbələr