1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qalatasaray" klubunun ulduz futbolçusu Dris Mertens karyerasını başa vurmaq istədiyi barədə rəhbərliyə məlumat verib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, belçikalı mövsüm sonunda "Qalatasaray" klubu ilə müqavilə müddətini uzatmayacaq və karyerasını başa vuracaq.
"Sarı-qırmızlar"ın rəhbərliyi isə Dris Mertensin klubun idarə heyətində qalmasını istədiklərini bildiriblər.
Qeyd edək ki, karyerasına "Anderlext"də başlayan Mertens, daha sonra "Gent", PSV və "Napoli"də forma geyinib.