AZ

Azərbaycanda DƏHŞƏT: oğul atasını GÜLLƏLƏDİ

Biləsuvarda 57 yaşlı kişinin ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

News24.az Lent.az-a istinadla bildirir ki, 57 yaşlı İqbal Bağırov oğlu 30 yşlı Eyvaz tərəfindən güllələnərək ölüb. 

Belə ki, Eyvaz İqbal oğlu Bağırlı yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə atası İqbala xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb.

E.Bağırlı tutulub və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Seçilən
27
news24.az

1Mənbələr