AZ

Biləsuvarda DƏHŞƏT: oğul atasını GÜLLƏLƏDİ – YENİLƏNİB

 

Biləsuvarda 57 yaşlı kişinin ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 57 yaşlı İqbal Bağırov oğlu 30 yşlı Eyvaz tərəfindən güllələnərək ölüb.

Belə ki, Eyvaz İqbal oğlu Bağırlı yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə atası İqbala xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb.

E.Bağırlı tutulub və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

6 mart, saat 23.50

Biləsuvar sakininin ov tüfəngindən ehtiyatsız davranması onun ölümünə səbəb olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 57 yaşlı İqbal Bağırov evinin həyətində əsəbiləşib.

Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman ov tüfəngindən açılan atəş, onun ölümünə səbəb olub.

Qeyd edək ki, İqbal Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator vəzifəsində çalışıb.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, saat 20:30 radələrində 1968-ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

6 mart, saat 21.56

Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı kişi ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət alıb.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının xəsarəti ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
13
heftelik.az

1Mənbələr