AZ

“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib (FOTO)

Bakı. Trend:

İnnovasiya və sürət lideri “Bakcell” jurnalist xanımları 8 Mart– Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dançox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmigörüş təşkil edib.

Görüşdə “Bakcell”in Korporativ Kommunikasiyalar üzrə direktoruAysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi vəşəffaf informasiyanın yayılmasını təşviq edən bütün xanımlarıtəbrik edərək bildirib: "Qadınların cəmiyyətdəki rolu və uğurlarıbizi ilhamlandırır. “Bakcell” olaraq biz qadınların peşəkar vəşəxsi inkişafına dəstək verməyi prioritet hesab edirik. Onlarınpotensialını reallaşdırması, yeni imkanlar qazanması və özbacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağahazırıq".

Həmçinin, tədbirdə xanımlar üçün floristika üzrə master klasskeçirilib. Onlar güllərlə kompozisiya qurmağın incəlikləriniöyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ yanaşmalarınınümayiş etdiriblər.

Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri iləsıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə vəjurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksəkinnovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilətəmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsiləAzərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycaniqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarındanbiridir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOLHolding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Bakcell”
“Bakcell”
“Bakcell”
“Bakcell”
Seçilən
23
35
az.trend.az

10Mənbələr